İdman

“Çelsi”nin futbolçusu məşqə çıxmaqdan imtina etdi

"Çelsi”nin futbolçusu Nqolo Kante komandayla birgə məşqlərə qatılmayacaq.

Kanal14.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Fransız yarımmüdafiəçi "zadəganlar”ın ilk məşqində iştirak etdikdən sonra sağlıq tədbirlərinə görə ikinci məşqə qatılmayıb.

"Çelsi”nin baş məşqçisi Frenk Lempardla görüşən və icazə alan Kantenin komandayla birgə məşqlərə nə zaman başlayacağı bilinmir. 29 yaşlı futbolçu ev şəraitində hazırlıqlarını davam etdirəcək.