İdman

Avropa Liqasının bərpa tarixi müəyyənləşib

Avropa Liqasının bərpa tarixi müəyyənləşib

UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.

Kanal14.az report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres açıqlama verib.

O bildirib ki, 1/8 final mərhələsində rəqib olduqları İtaliya "İnter"i ilə ilk matç avqustun 2-də və ya 3-də səfərdə boş tribunalar qarşısında keçiriləcək. Torres cavab görüşünün isə ya 6, ya da 7 avqustda olacağını söyləyib.

Klub prezidentinin sözlərinə görə, hansısa stadionda koronavirus səbəbindən oyun keçirmək mümkün olmasa, qarşılaşma neytral meydanda oynanılacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.