kanal14.az
kanal14.az

Azərbaycan millisinin heyəti açıqlandı - 24 futbolçu çağırıldı

Azərbaycan millisinin heyəti açıqlandı - 24 futbolçu çağırıldı
8-11-2019, 11:37 104 dəfə baxılıb

Azərbaycan millisinin heyəti açıqlandı - 24 futbolçu çağırıldı
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Avropa Çempionatının (AÇ-2020) seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Kanal14.az” xəbər verir ki, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə millimizin noyabrın 11-dən 16-dək Bakıda, noyabrın 17-dən 19-dək isə Bratislavada təlim-məşq toplanışı təşkil olunacaq.

Bu oyunlar üçün Azərbaycan milli komandasına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Bədavi Hüseynov, Abbas Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar  Rəhimov ("Səbail")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov ("Erzgebirge” , Almaniya), Cavid Hüseynov ("Zirə"), Eddi İsrafilov ("Albasete", İspaniya)

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Vüsal İsgəndərli ("Keşlə"), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya).







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA