kanal14.az
kanal14.az

Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək

Beynəlxalq Cüdo Federasiyası gender bərabərliyi üzrə ilk konfransını Bakıda keçirəcək
27-08-2018, 14:54 133 dəfə baxılıb

Beynəlxalq Cüdo Federasiyasının (İJF) gender bərabərliyi üzrə komissiyası cüdoda qadın və kişilər arasında bərabərlik məsələlərinə dair ilk konfransını Bakıda təşkil edəcək.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, İJF-nın rəsmi saytında bildirilir ki, tədbir dünya çempionatı ərəfəsində qurumun yarışlar üzrə meneceri Liza Allanın rəhbərliyi altında gerçəkləşəcək.

Konfransa İJF prezidenti Marius Vizerdən əlavə, rumıniyalı deputat Rozalia-İbolya Biro, Xorvatiya Cüdo Federasiyasının prezidenti Sanda Çorak, Avstraliya Cüdo Federasiyasının prezidenti Keyt Korkeri, yaponiyalı Akiko Amano, braziliyalı Yuko Fuji, kosovolu Driton Kuka və Maylinda Kelmendi, avstriyalı Sabrina Filzmoser və digər şəxslər iştirak edəcəklər.

 

Sentyabrın 19-da "Hilton Hotel”də keçiriləcək konfrans saat 16:30-da start götürəcək və 19:00-dək davam edəcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı Bakıda 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA