İdman

Rafiq Hüseynov finalda

Rafiq Hüseynov finalda
 
 
 
 
 

 
 
 
 
 
 

 
 
 

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında yarınfinal görüşünə çıxıb. 

"Kanal14.az" xəbər verir ki, 82 kq çəkidə yer alan Hüseynovun rəqibi iranlı Səid Murad Abdvali olub. Görüşün birinci hissəsini 4:1 hesablı nəticə ilə başa vuran güləşçimiz ikinci hissədə də, inamlı çıxışını davam etdirib və 8:5 qələbə qazanaraq finala yüksəlib.

<iframe width="817" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_1" name="aswift_1" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 817px; height: 200px;"></iframe>

Rafiq Hüseynov finalda gürcü idmançı Laşa Qobadze ilə qarşılaşacaq. Final görüşü sabah keçiriləcək. /Yenisabah