kanal14.az
kanal14.az

Neymar məhkəmə yolu ilə “Barselona”dan 26 milyon avro almaq istəyir

Neymar məhkəmə yolu ilə “Barselona”dan 26 milyon avro almaq istəyir
4-09-2019, 10:28 25 dəfə baxılıb

Neymar məhkəmə yolu ilə “Barselona”dan 26 milyon avro almaq istəyir
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

PSJ-nin braziliyalı hücumçusu Neymar keçmiş klubu "Barselona”nı məhkəməyə verməyə hazırlaşır. Futbolçu 2016-cı ilin yayında klubla müqaviləsini uzadarkən bonus olaraq əldə etməli olduğu 26 milyon avronu almaq istəyir.

 

Öncədən Neymarın uzadılmış müqaviləyə görə 40 milyon avro alacağı deyilsə də, klub ona yalnız 14 milyon ödəyib. Neymar PSJ-yə keçmək istəyini bildirəndən sonra "Barselona” rəsmiləri pulu tam həcmdə ödəməkdən vaz keçiblər.

 

Öz növbəsində ispan klubu da Neymarı məhkəməyə verib, müqavilə şərtlərini yerinə yetirmədiyi üçün 75 milyon avro təzminat almaq istəyir.

 

Məhkəmənin sentyabrın 27-də baş tutacağı gözlənilir. Artıq hər iki tərəf görüş üçün məhkəməyə çağırılıb. Bundan başqa PSJ-nin prezidenti Naser Əl-Xəlaifinin də şahid qismində çıxış edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında rekord məbləğə – 222 milyon avroya Fransanın PSJ komandasına keçib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA