İdman

Məşhur İngiltərə klubu maliyyə böhranına görə ləğv oluna bilər

Məşhur İngiltərə klubu maliyyə böhranına görə ləğv oluna bilər
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

İngiltərənin "Bolton” klubu fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib.

 

Ölkənin ən köklü klublarından biri ciddi maliyyə problemi ilə üzləşib. Bu səbəbdən "Bolton”un dağılması ehtimalı yüksək görünür. Avqutsun 24-də klubun satışı ilə bağlı növbəti sövdələşmə baş tutmayandan sonra İngiltərə Futbol Liqası "Bolton”a bu ayın 27-dək vaxt qoyub. Çərşənbə axşamına qədər müştəri tapılmasa, Bolton şəhərinin eyni adlı təmsilçisi ləğv ediləcək.

 

Qeyd edək ki, 1874-cü ildə yaradılan "Bolton” son olaraq 2011/2012 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edib. Klub 4 dəfə ölkə kubokunu, 1 dəfə isə Superkuboku qazanıb.
Hazırda "Bolton" birinci liqada oynayır. (Fins.az)