Eddi İsrafilovun yeni klubu açıqlandı
Futbol üzrə Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni klubu müəyyənləşib.
"Kanal14.az” xəbər verir ki, "Alkorkon”u tərk edən yarımmüdafiəçi "Albasete” ilə anlaşıb.
"Marca” nəşrinin iddiasına görə, İsrafilovun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.
Transferin bu gün ictimaiyyətə açıqlanacağı gözlənilir./Qafqazinfo