kanal14.az
kanal14.az

Taekvondoçularımız Ammanda qızıl medal qazandı

Taekvondoçularımız Ammanda qızıl medal qazandı
27-07-2019, 08:29 28 dəfə baxılıb

Taekvondoçularımız Ammanda qızıl medal qazandı
 
 
 

 
 
 
 
 
 
 
 
 

 
 
Azərbaycanın taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb.
APA -nın məlumatına görə, "Qəbələ” İdman Klubunun üzvü İordaniyanın paytaxtı Ammanda keçirilən beynəlxalq turnirdə fərqlənib.
O, bu gün start götürən G1 kateqoriyalı "El-Hassan Cup” turnirində mübarizə aparıb. 68 kq çəki dərəcəsində çıxış edən Cavad ilk mərhələdən azad olub. Ardınca Oman, İordaniya və BƏƏ-dən olan rəqiblərinə qalib gələn Ağayev finala yüksəlib. Həlledici görüşdə Livan təmsilçisi Obalda Fərəc ilə görüşən taekvondoçumuz ardıcıl 4-cü qələbəsini qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, "Prince Hamzah Hall”da keçirilən və 883 taekvondoçunun qatıldığı yarış üç gün davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA