İdman

Sabir Cəfərov erməniyə qalib gəlib çempion oldu

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb.

 Yarışın son günündə Azərbaycan güləşçiləri qızıl, gümüş və iki bürünc qazanıblar. Finalda erməni Genik Asatryana 6: 1 hesabı ilə qalib gələn Sabir Cəfərov kürsünün ən yüksək pilləsinə qalxıb.

Ümumilikdə, Azərbaycan sərbəst güləşçiləri 7 qızıl medal qazanıblar - 1 qızıl, 2 gümüş və 4 bürünc.

Ümumiyyətlə, Azərbaycan Avropa çempionatında üç növdə 15 medal qazanıb - 4 qızıl, 3 gümüş və 8 bürünc. Yunan-Roma güləşçiləri 6, qızlar isə 2 medal qazanıblar.

Beləliklə, ümumi komanda hesabında sərbəst və klassik güləşçilərimiz 2-ci yeri tutublar.Virtualaz.org

Sabir Cəfərov erməniyə qalib gəlib çempion oldu
Sabir Cəfərov erməniyə qalib gəlib çempion oldu