İdman

Qaret Beyli istəyən 2 klub

 

Zinəddin Zidanın gələcəklə bağlı planlarında yer almayan Qaret Beylin yayda "Real”dan ayrılacağı deyilir.

Fanat.Az xəbər verir ki, azarkeşlərin də narazı olduğu uelsli ulduzun hansı kluba keçəcəyi uzun müddətdi müzakirə mövzusudu. Bir neçə gün əvvəl futbolçunun meneceri Conatan Barnett müştərisini almaq istəyən klubun "Real”a 175 milyon avro ödəməli olduğunu bildirib. 

Bu arada Beyli istəyən iki klubun adı açıqlanıb. İspaniya mətbuatının məlumatına görə, Uels millisinin üzvünü "Mançester Yunayted” və "Bavariya” transfer etməyə çalışır.