İdman

Konorla Həbib yenə mübahisə etdi — Sən şərəfini itirdin...

http://olke.az/uploads/1554148039/konor.jpg
İrlandiyalı döyüşçü Konor Makreqor və dağıstanlı Həbib Nurməhəmmədov yenə bir-birlərinə ilişiblər.


"Kanal14.az" Modern.az-a istinadən xəbər verir ki, Makreqor karyerasıni bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına Tvitter hesabında belə cavab verib:

''Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar. Balaca siçan! Tezliklə Las Veqada böyük parti olacaq, balaca''.

Nurməhəmmədovun isə cavabı gecikməyib. O bildirib ki, pul gəlib, gedəndir, amma şərəf yox.Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə Tvitterdə karyerana başlamalısan?''

 

Qeyd edək ki, ötən ilin oktyabrında UFC-nin 229-cu çempinatında Nurməhəmmədov Makreqoru boğucu fəndə salaraq məğlub edib.

Bundan sonra döyüşçülərin komandaları arasında dava başlanmışdı. Bu yaxınlarda isə Makreqor döyüşdən getdiyini bəyan edib.