İdman

Boksçularımız Avropa çempionatının 1/4 final mərhələsinə yüksəldi

http://olke.az/uploads/1552281384/boks.jpg
 
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə Azərbaycan millisinin daha 3 boksçusu rinqə çıxıb.

Yığma üzvlərindən Ruslan Rüstəmovun debütü uğurlu alınıb. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz israilli Bişar Sabbara 5:0 (29:26, 28:27, 29:26, 29:26, 29:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Dmitri Tsaşkeviçlə (Belarus) üz-üzə gələcək. Döyüş martın 13-də olacaq.

Cəbrayıl Yelekov (81 kq) da Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/8 finalda Dmitri Koskyuqla (Moldova) görüşdən 3:2 (30:26, 29:28, 28:29, 30:27, 28:29) hesablı qələbə ilə ayrılıb. Təmsilçimiz növbəti döyüşünü martın 13-də bolqarıstanlı Kristin Nikolova qarşı keçirəcək.

 

Bu boksçulardan fərqli, Bəxtiyar Qazıbəyov (64 kq) ikinci qarşılaşmasında məğlub olub. Gərgin keçən görüşdə ispaniyalı Adrian Kreus 3:2 (29:28, 29:28, 27:30, 29:28, 28:29) hesabı ilə üstün olub.

Qeyd edək ki, bu gün millimizin 3 üzvü döyüşəcək.