İdman

Avropa Liqası: "Fənərbağça" ilk oyunda "Zenit"i məğlub edib — VİDEO

http://olke.az/uploads/1550005162/sdfgtrhjgfd.jpg
 
İstanbulda Avroliqanın 1/16 final mərhələsinin "Fənərbaxça” – "Zenit” oyunu keçirilib.

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolun (21-ci dəq.) müəllifi "Fənərbaxça”nın əlcəzairli legioneri İslam Slimani olub.

44-cü dəqiqədə qonaqlar hesabı bərabərləşdirmək şansı qazansalar da, Robert Mak penaltini dəqiq vura bilməyib.

 

Qeyd edək ki, digər oyunlar fevralın 14-15-də keçiriləcək.