İdman

Həbib yarışlardan kənarlaşdırılıb — 9 ay müddətinə

http://olke.az/uploads/1548789352/edfrtghjgf.jpg
 
ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.

"Kanal14.az" xarici mediaya istinadən bildirir ki, o, diskvalifikasiya ilə yanaşı, 500 min dollar məbləğində cərimə də olunub.

İki idmançı arasında döyüş oktyabrın 6-da olub. Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra, rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə də Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.