İdman

“Real”da ciddi itki — 3 müdafiəçi...

http://olke.az/uploads/1548703862/rea.jpg
 
İspaniyanın "Real Madrid” klubunun futbolçuları Rafael Varan və Daniel Karvahal La Liqanın 22-ci turunda "Alaves"lə oyunu buraxacaq.

"Kanal14.az” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki oyunçu sarı vərəqə limitini doldurublar və bu səbəbdən növbəti matçı buraxmalı olacaqlar.

Komandanın kapitanı Serxio Ramos da sözügedən görüşdə oynamaya bilər. Zədələnən ispan müdafiəçinin bazar günü keçiriləcək qarşılaşmaya kimi hazır olub-olmayacağı məlum deyil.