İdman

O da baş məşqçi olmaq istəyir

O da baş məşqçi olmaq istəyir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bir müddət əvvəl futbolçu karyerasını başa vuran Didye Droqba gələcəyi ilə bağlı açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı keçmiş futbolçu baş məşqçi ola biləcəyini deyib:

"Futbol həyatımda bir çox məşqçilərlə çalışdım, baş məşqçilik məsələsinə görə bir çox insanlarla danışdım. Fərqli bacarıqlar və işə münasibətlər gördüm. Bundan başqa, futbolu anlaya bilən çox yaxşı futbolçularla oynadım. Joze Mourinyo, Karlo Ançelotti kimi baş məşqçilərlə, Frenk Lempard, Peter Çex, Mixael Ballak kimi futbolçularla birlikdə oynadım və bu insanlardan çox şey öyrəndim. Məncə, bacara bilərəm. Fikrimcə, baş məşqçilik yaxşı bir seçim ola bilər”.

Futbolçu karyerası haqqında da danışan Fil Dişi Sahili millisinin keçmiş hücumçusu, "ABŞ-dan Asiyaya, Avropadan Afrikaya qədər və millidə oynadım. Fikrimcə, hər şeyi etdim. Futbol 20 ildir etdiyim bir şeydir, bundan başqa da işlər görmək və uğurlu olmaq istəyirəm” deyib.