kanal14.az
kanal14.az

“Qarabağ” İstanbula yollandı

“Qarabağ” İstanbula yollandı
2-12-2020, 11:31 50 dəfə baxılıb

“Qarabağ” İstanbula yollandı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbul şəhərində Təl-Əviv "Makkabi”si (İsrail) ilə qarşılaşacaq "Qarabağ” bu gün Türkiyəyə yola düşüb.

Kanal14.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, bu gün oyundan öncə təşkil olunacaq mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da "Qarabağ”ın yerləşəcəyi "Pullman” otelində baş tutacaq. Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da "Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.

 

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA