kanal14.az
kanal14.az

Azərbaycan yığmasının ev oyunları Ukraynada keçirilə bilər

Azərbaycan yığmasının ev oyunları Ukraynada keçirilə bilər
24-10-2020, 14:37 80 dəfə baxılıb

Azərbaycan yığmasının ev oyunları Ukraynada keçirilə bilər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
"Komandalarımızın beynəlxalq turnirlər çərçivəsində ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı AFFA-ya və UEFA-ya məlumat verən futbol federasiyaları var”.

Kanal14.az bildirir ki,bunu apasport.az saytına açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, beynəlxalq səviyyəli ev oyunlarını ölkə xaricində keçirməli komandalarımızın görüşləri Ukraynada təşkil oluna bilər: "Ukrayna Futbol Federasiyasının rəhbərliyi AFFA ilə əlaqə saxlayaraq bildirib ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkil olunmasına hərtərəfli dəstək göstərməyə hazırdırlar. AFFA olaraq bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər”.

Məmmədov "Qarabağ”ın Avropa Liqasının "Vilyarreal”la görüşünü qəbul edəcək Türkiyəyə də təşəkkür edib: "Bildiyiniz kimi, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ilk ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək. Oyunun məhz Türkiyədə baş tutması üçün AFFA və "Qarabağ" klubu birgə UEFA ilə danışıqlar apardı və təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi. Göstərdiyi dəstəyə görə Türkiyə Futbol Federasiyasın təşəkkür edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA