İdman

Luis Suares Ronaldo və Messinin rekordunu yeniləyib

Luis Suares Ronaldo və Messinin rekordunu yeniləyib
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Uruqvay millisinin futbolçusu Luis Suares yeni rekorda imza atıb.

Kanal14.az bildirir ki, hücumçu rəsmi turnirlərdə yığmanın heyətində ən çox qol vuran cənubi amerikalı adını qazanıb.

Suares DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə turnirinin II turunda Ekvadorun qapısına 2 dəfə yol tapıb. 2:4 hesablı məğlubiyyətdə dubl müəllifi olan Luis Uruqvay millisində qol sayını 41-ə çatdırıb.

 

Bununla da Suares üçhakimiyyətliliyə son qoyub. Uruqvaylı braziliyalı Ronaldo və argentinalı Lionel Messini arxada qoyub. Onların hərəyə 39 qolu var.

(Apa.az)