Hadisə

Erməni terroru nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb

Erməni terroru nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb

Baş Prokurorluq sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan müki əhalisinin atəşə tutulması nəticəsində baş verən cinayətlərə dair son statistikanı açıqlayıb.

Kanal14.az bildirir ki, erməni terroru nəticəsində 28 mülki şəxs həlak olub, 144 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bundan əlavə, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb.

(Qafqazinfo.az)