Hadisə

Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, iki nəfər ölüb

Goranboyda yük maşını ilə minik avtomobili toqquşub, iki nəfər ölüb

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

Kanal14.az bildirir ki, oktyabrın 5-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində P.İsmayılovun idarə etdiyi "KamAZ” markalı avtomobillə Səfikürd kənd sakini Məhərrəm Ələsgərovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə M.Ələsgərov və sərnişini Aydın Abışov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Araşdırma aparılır.

(Apa.az)