Hadisə

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə psixotrop maddə gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşun­larının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisin­dəki sər­həd zastavasının xidməti sahəsində İran İslam Respublikası ərazi­sindən qaçaqmal yolu ilə 3 bağla­madan ibarət 6 qutuda 10 milli­qramlıq flakonlarda 2000 ədəd psixotrop tərkibli "Myd­rax” dərman prepa­ratla­rının dövlət sərhədini pozmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alın­ıb.

 

kanal14.az APA-ya intinadən xəbər verir ki, DSX-nin mərkəzindən bildirilib ki, Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər nəticəsində Balakən rayonunun Gərəkli, Salban, Za­qa­tala rayonunun Maçex, Aşağı Tala, Danaçı, Muxax, Axaqdərə, Qax rayonunun Əlibəyli kənd ərazilərindəki meşə massiv­lərin­də 13796 ədəd ümumi çəkisi 9 ton 300 kq olan yabanı şəkildə bitmiş çətənə kolları aşkarlanıb  və müvafiq qaydada aktlaş­dırılaraq məhv edil­ib.