Hadisə

Minik avtomobili yük maşını ilə toqquşdu: sürücü ölüb

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Kanal14.az APA-nın Mingəçevir bürosunun məlumatına əsasən bildirir ki, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb. "KamAZ” markalı yük maşını minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü, 1961-ci il təvəllüdlü Nəbiyev Fariz Cəmil oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.