kanal14.az
kanal14.az

“Olympus Pub”da 8 nəfər cəzalandırıldı

“Olympus Pub”da 8 nəfər cəzalandırıldı
26-09-2020, 13:56 57 dəfə baxılıb

Sabunçu rayonu ərazisində karantin rejimi qaydalarına əməl etməyən restoran aşkar edilib. 

Kanal14.az bildirir ki, restoranda xüsusi karantin rejimi qaydalarına əməl edilməyib, müəyyən olunan vaxtdan kənarda fəaliyyət göstərib və restoranda sanitar-epidemioloji normalar pozulub. 

 

Ş.Kamilov küçəsində yerləşən "Olympus Pub” restoranında sanitar-epidemioloji qaydaları pozan 3 işçi və 5 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub. 

Sahibkarlıq obyektinin rəhbəri, xidmət personalı və müştəriləri karantin rejimi qayda və tələbləri barədə məlumatlandırılıb.

(Qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA