Hadisə

Salyanda piyadanı vurub qaçan sürücü saxlanılıb

 Salyanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Salyanda piyadanı vurub hadisə yerindən uzaqlaşan sürücü saxlanılıb.

Kanal14.az bildirir ki, sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən kənd sakini M.Kərimovu vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Sürücü isə hadisə yerindən yayınıb.

Salyan Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106” markalı avtomobilin sürücüsü, Seydan kənd sakini H.Fətəliyev müəyyən edilərək saxlanılıb.

(Apa.az)