Hadisə

Bakıda yol qəzasına düşən sürücü xəstəxanada öldü

Bakıda yol qəzasına düşən sürücü xəstəxanada öldüBakıda yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, sentyabrın 22-i saat 10 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Seyfullayevin idarə etdiyi "Niva" və Mirövsət Səmədovun idarə etdiyi "VAZ-21041" markalı avtomobillər toqquşub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən M.Səmədov sentyabrın 23-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

(Sonxeber.az)