Hadisə

Bakıda evdən narkotik tapıldı

Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.

Kanal14.az bildirir  ki, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Rəhimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın, Maştağa qəsəbəsindəki evindən isə 1 kiloqram 59 qram marixuana aşkar edilərək götürülüb.

(Lent.az)