Hadisə

Qəbələdə dağlıq ərazidə köməksiz qalan 5 nəfər xilas edilib

Qəbələdə dağlıq ərazidə köməksiz qalan 5 nəfər xilas edilib

Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfər köməksiz vəziyyətdə qalıb.Kanal14.az Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata əsasən bildirir ki, vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.