Hadisə

5 gün əvvəl qəzada xəsarət almış qadın xəstəxanada ölüb

5 gün əvvəl qəzada xəsarət almış qadın xəstəxanada ölüb
 
 
 
 
 
 
 

Zaqatala rayonunda beş gün əvvəl avtomobilin vurduğu 75 yaşlı qadın xəstəxanada ölüb. 

Hadisə oktyabrın 21-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 126-cı kilometrliyində qeydə alınıb.  

Zaqatala rayonunun Muğanlı kənd sakini, 1943-cü il təvəllüdlü Məryəm İslam qızı Əhmədova rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən Əliabad qəsəbəsinin sakini Tofiq Saleh oğlu Əhmədovun idarə etdiyi "Opel Vectra” markalı, 10 UT 450 dövlət qeydiyyatı nişanlı minik avtomobili tərəfindən vurulub. Yaralı ağır qapalı kəllə-beyin travması ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. (Report)