Hadisə

"Fənərbağça" Seneqal millisinin hücumçusunu aldı

"Fənərbağça" "Kasımpaşa"da forma geyinən Seneqal millisinin hücumçusu Mame Tiamı heyətinə qatıb.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə klubdan sosial media hesablarında məlumat verilib. 28 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanacağı bildirilib.

Seneqal millisinin üzvü ötən mövsüm "Kasımpaşa"nın heyətində 28 matçda 12 qol vurub, 5 asist edib.