Türkiyə XİN başçısı İsveçrəyə səfər edəcək
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün İsveçrəyə səfər edəcək.
Kanal14.az bildirir ki,bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Səfər çərçivəsində M. Çavuşoğlu isveçrəli həmkarı İqnazio Kassislə görüşəcək.
Baş tutacaq görüşlərdə ikitərəfli əlaqələr, regional məsələlər və COVID-19 pandemiyası ilə mübarizə məsələsi müzakirə olunacaq.