Xaçmazda QƏTL
Avqustun 10-da saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Kanal14.az xəbər verir ki,rayon prokurorluğundan BiG.AZ-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.