Antonio Banderas koronavirusa yoluxdu
Məşhur ispan aktyor Antonio Banderas koronavirusa yoluxub.
Kanal14.az bildirir ki, bu barədə o, öz tvitter mikrobloqunda məlumat verib.
Banderas COVID-19-la bağlı verdiyi analizin pozitiv çıxdığını, hazırda karantində olduğunu və xəstəliyi nisbətən yüngül keçirdiyini bildirib.
Qeyd edək ki, bu gün A. Banderasın 60 yaşı tamam olur.
(Qafqazinfo.az)