Hadisə

Bakıda qəza baş verdi

Bakıda qəza baş verdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

 

"90-VB-194" dövlət nömrə nişanlı "Opel" markalı avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Yarıyeva Elza Teymur qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.