Hadisə

Bakıda iki maşın toqquşdu: biri aşdı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Kanal14.az bildirir ki, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb. Belə ki, "Ravon" markalı avtomobil hərəkətdə olan "KİA" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "KİA" avtomobili yoldan çıxaraq aşıb.

"KİA"nın sürücüsü ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 
(Lent.az)