Hadisə

Daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Daha bir əxlaqsızlıq yuvası aşkarlandı

Beyləqanda əxlaqsızlıq yuvası aşkar edilib.

Kanal14.az DİN-ə istinadən xəbər verir ki, rayonun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi otelin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Həmin oteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.