Hadisə

Göygöl sakininin evindən narkotik və sursat aşkarlandı - Fotolar

Göygöl sakininin evindən narkotik və sursat aşkarlandı
Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Kanal14.az bildirir ki,Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olan məlumat əsasında, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Göygöl rayon sakini, 40 yaşlı Vüqar Cəfərov saxlanılıb. Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7.62 kalibirli avtomat patronları aşkar olunaraq götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı V.Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Göygöl sakininin evindən narkotik və sursat aşkarlandı - Fotolar
Göygöl sakininin evindən narkotik və sursat aşkarlandı - Fotolar
Göygöl sakininin evindən narkotik və sursat aşkarlandı - Fotolar