Hadisə

Bakıda güclü toz dumanı var - Foto

Bakıda güclü toz dumanı var

Bakıda günorta saatlarından etibarən əsən güclü külək havada tozun miqdarını artırıb. 

Milli Hidrometeorologiya Xidmətinin 15:00 üçün yaydığı faktiki hava məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.  

Şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

 

Kanal14.az "Qafqazinfo”a istinadən hazırda Bakıdakı tozdan fotoları təqdim edir: