Hadisə

Bakıda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanıldı - Fotolar + Video

Bakıda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanıldı

Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Kanal14.az Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata əsasən bildirir ki, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus "Furqan” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 13-cü Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün topnan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.