Hadisə / Dünya

Məşhur amerikalı aktyor koronavirusa yoluxub

Məşhur amerikalı aktyor koronavirusa yoluxub

Amerikalı aktyor və rejissor Mel Gibson COVID-19 keçirib.

Kanal14.az "The Evening Standart”a istinadən xəbər verir ki, 64 yaşlı artist bu xəstəliyə aprel ayında düçar olub.

 

Bununla belə, onun xəstələnməsi ilə bağlı məlumatın gizlin saxlanması qərarı verilib. Aktyor bir həftə xəstəxanada qalıb.

Məlumata görə, M.Gibson "Remdesivir" preparatı ilə müalicə olunub. Bu preparat həmçinin Eboladan əziyyət çəkənlər üçün də istifadə edilir.

Qeyd edək ki, Mel Gibson ikiqat "Oskar” mükafatı laureatı, həmçinin "Qızıl Qlobus” mükafatçısıdır. O, "Meverik”, "Qadınlar nə istəyir?”, həmçinin "Dəlisov Maks” trilogiyası və "Cəsur ürək” filmləri ilə məşhurdur.