Hadisə

“Toyota”sını aşırdı, öldü

Sabirabad rayonunda qəza hadisəsi baş verib.  

Kanal14.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 21-də saat 18 radələrində Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi "Toyota” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.