Hadisə

“İnterpol”un axtardığı İŞİD terrorçusu Türkiyədə həbs olundu

"İnterpol” tərəfindən axtarışda olan təhlükəli terrorçu Türkiyənin Kilis bölgəsində həbs edilib.

Kanal14.az yerli KİV-ə istinadən bildirir ki, adı hələlik açıqlanmayan və İŞİD terror təşkilatının üzvü olan həmin şəxs Türkiyənin təhlükəsizlik orqanları tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində saxlanılıb. Kilisin Akıncı kəndi yaxınlığında Suriya ilə dövlət sərhədini qanunsuz keçərkən həbs olunan terrorçunun Fransa vətəndaşı olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.