Hadisə

Sabirabadda dəhşətli qəza: Ölən var

Sabirabad rayonunda ağır yol qəzası olub.

Kanal14.az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Qaratuğay kəndi ərazisində Yenikənd kənd sakini H.Salahov idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səbuhi Rüstəmovu vurduqdan sonra avtomobili aşırıb.

Səbuhi Rüstəmov hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.