Hadisə / Dünya

Türkiyədə daha bir zəlzələ oldu

Türkiyədə daha bir zəlzələ oldu

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Kanal14.az "Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar yerli vaxtla saat 07:06 radələrində qeydə alınıb. Zəlzələnin episentri Muğla rayonunda, ocağı isə 63 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ yaxınlıqdakı rayonlarda da hiss olunub.

Qeyd edək ki, dünən də Muğla bölgəsində 5,4 ballıq zəlzələ qeydə alınmışdı.