Hadisə

Qaxda 3 uşaq anası intihar etdi

Qaxda 3 uşaq anası intihar etdi

Qaxda üç uşaq anası intihar edib. Kanal14.az bildirir ki,"Qafqazinfo"nun məlumatına görə, intihar hadisəsi  ötən gecə rayonun Qaratala kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasova özünü asaraq intihar edib. Meyit asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib .F. Abbasovanın intihar etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, F.Abbasova 3 uşaq anası idi.Faktla bağlı araşdırma aparılır.