Hadisə

Məhkəmə valideynlərini döyən narkomana 6 il cəza verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valideynlərini döyməkdə təqsirləndirilən Natiq Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Piriyev 6 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, N.Piriyev dəfələrlə ata və anasını döyüb, onlara hədə-qorxu gələrək yaşadıqları evi satmalarını, ona pul vermələrini tələb edib. 34 yaşlı N.Piriyev valideynlərini öldürməklə, qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə hədə-qorxu gəlib.

Zərərçəkmiş qismində çıxış edən N.Piriyevin anası Kəmalə Quliyeva deyib ki, oğlu narkomandır.

N.Piriyev daha əvvəl narkotik alveri və qanunsuz olaraq odlu silah saxlamaq ittihamları ilə məhkumluq həyatı yaşayıb.