Hadisə / Dünya

Misirdə 13 terrorçu ömürlük həbs cəzası alıb

Misirdə 13 terrorçu ömürlük həbs cəzası alıb


 
 
 
 
 
 
 
 






Qahirənin Cinayət Məhkəməsi terrorçu qruplaşma təşkil etdiklərinə və bu qrupa üzv olduqlarına görə 13 nəfərə ömürlük, daha üç nəfərə isə 15 il həbs cəzası verib.
Kanal14.az bildirir ki, bu barədə "Masrawy” portalı məlumat yayıb.
Həmin şəxslər "Cəbhat an-Nüsrə” terror təşkilatına qoşulmaqda ittiham olunurlar. Onlar, həmçinin üç milyon Misir funtu (təxminən 185 min dollar) məbləğində cərimə olunublar. Onlar məhkumluq müddəti bitdikdən sonra beş il müddətində polis nəzarətində qalacaqlar.
(Ona.az)