Hadisə

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlanıb

Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb.

 

kanal14.az APA-ya intinadən bildirir ki,DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan  verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. 


İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb. 


Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.