Hadisə

Səngəçalda VAZ avtobusla toqquşdu - Ölən və xəsarət alanlar var

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, sentyabrın 8-də saat 7 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakini İmamhüseyn Ağayev idarə etdiyi "VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış qəsəbə sakini Rəcəbəli Nəcəfovun idarə etdiyi "Hyundai” markalı avtobusa vurub.

 

Nəticədə İ.Ağayev hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.